İyul 24, 2026-7:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib

2026:07:22 - 13:48
in İQTİSADİYYAT
A A

Əmanətlərin Sığortalanması Fondunun (Fond) rəsmiləri Rumıniyanın Buxarest şəhərində keçirilmiş Avropa Əmanət Sığortaçıları Forumunun (European Forum of Deposit Insurers – EFDI) 2026-cı il üzrə illik görüşündə iştirak edib.

“APA-Economics” xəbər verir ki, illik görüş çərçivəsində təşkil olunmuş İnvestisiyaların Sığortalanması Mexanizmi (İSM) üzrə beynəlxalq konfransda panelist qismində çıxış edən Fondun Sığorta və risklərin idarə edilməsi departamentinin direktoru Cəlal Rayi investisiyaların sığortalanması mexanizmlərinin yaradılmasının əhəmiyyəti, yeni təsis olunan İSM-lərin formalaşdırılması zamanı qarşıya çıxan institusional və hüquqi çağırışlar, eləcə də bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı mövqeyini ifadə edib.

Panel Kanadanın İnvestorların Qorunması Fondunun vitse-prezidenti Ilana Singerin moderatorluğu ilə keçirilmişdir. Müzakirələrdə ABŞ-ın Qiymətli Kağızlar üzrə İnvestor Qoruma Korporasiyasının prezidenti Michael Post, Dünya Bankının aparıcı mütəxəssisi Ana Carvajal və Qərbi Afrika kapital bazarları üzrə mütəxəssisi Ripert Bossoukpe panelist qismində iştirak ediblər.

Əmanətlərin Sığortalanması Fondunun EFDI-ın illik görüşündə təmsil olunması beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və əmanətlərin sığortalanması sahəsində institusional potensialın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Avropa Əmanət Sığortaçıları Forumu (EFDI) əmanətlərin sığortalanması və investorların qorunması sahəsində fəaliyyət göstərən milli qurumları bir araya gətirən, qabaqcıl beynəlxalq təcrübənin paylaşılması, peşəkar əməkdaşlığın inkişaf etdirilməsi və maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlardan biridir.

Əvvəlki Yazı

Lavrov ABŞ-ın təcavüzündən sonra İranın nüvə proqramı ilə bağlı hərəkətlərini proqnozlaşdırıb

Növbəti Yazı

Azərbaycan-Almaniya münasibətləri qarşılıqlı etimada və uzunmüddətli strateji əməkdaşlığa əsaslanır 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.