İyul 24, 2026-3:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Hüseyn Hüseynov: Suveren Azərbaycanda media milli maraqların müdafiəsində mühüm missiya daşıyır

2026:07:22 - 16:59
in SİYASƏT
A A

Prezident İlham Əliyevin həyata keçirdiyi media siyasəti nəticəsində Azərbaycanda peşəkar jurnalistikanın inkişafı üçün geniş imkanlar yaradılıb, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında və cəmiyyətin obyektiv məlumatlandırılmasında milli mətbuat mühüm rol oynayır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov söyləyib.

Direktor qeyd edib ki, Azərbaycan milli mətbuatı 151 illik şərəfli inkişaf yolu keçərək dövlətçilik ənənələrinin qorunmasında, milli maraqların müdafiəsində və cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasında mühüm rol oynayıb.

Müsahibimiz vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə media sahəsinin inkişafı, müasir informasiya mühitinin formalaşdırılması və peşəkar jurnalistikanın təşviqi istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir. Bu siyasət nəticəsində Azərbaycan mediası milli maraqları qətiyyətlə müdafiə edən, dövlətçilik prinsiplərinə sadiq və beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyini layiqincə təqdim edən mühüm institutlardan birinə çevrilib.

Hüseyn Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra medianın üzərinə daha böyük məsuliyyət düşür. Müasir dövrdə informasiya təhlükəsizliyinin təmin olunması, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması və milli maraqların etibarlı şəkildə müdafiəsi peşəkar jurnalistikanın əsas vəzifələrindəndir. AMEA-nın Mərkəzi Elmi Kitabxanası elmi biliklərin cəmiyyətə çatdırılmasında media ilə səmərəli əməkdaşlığa xüsusi önəm verir. Kitabxanada keçirilən elmi konfranslar, kitab təqdimatları, sərgilər, yubiley tədbirləri və digər layihələr medianın dəstəyi ilə geniş ictimaiyyətə çatdırılır, alimlərin elmi nailiyyətləri təbliğ olunur. Bu əməkdaşlıq elmin populyarlaşdırılmasına, gənc nəslin maarifləndirilməsinə və milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfə verir.

Əvvəlki Yazı

ÜST: Avropa ölkələrinin yarısında hələ də istilikdən qorunma planı yoxdur

Növbəti Yazı

Tramp: ABŞ Hörmüzdə gəmilərə hücum edərkən İrandakı körpüləri və elektrik stansiyalarını dağıdacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.