ABŞ istənilən halda Qəzza zolağında radikal Fələstin HƏMAS hərəkatının tərksilah edilməsini təmin edəcək. Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts bildirib.
“Həmas Qəzzanı AK-47 ilə idarə edir. Onlar ya asan, ya da çətin yolla özlərini tərksilah edəcəklər”, – deyə Valts X-də yazıb.
O, əlavə edib ki, HƏMAS rəhbərliyinin ehtiyatlılığına və tərksilah üçün dinc yol seçməsinə güvənir.
