İyul 25, 2026-16:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb

2026:07:23 - 11:38
in MƏDƏNİYYƏT
A A
“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrasının əlaqələndirilməsi üzrə İşçi qrupunun ilk iclası keçirilib.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.

İşçi qrupunun rəhbəri, mədəniyyət naziri Adil Kərimli “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin 2026-cı il 14 yanvar tarixli 888 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən Tədbirlər Planının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə əsas icraçı qurumların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin təmsil olunduğu İşçi qrupun dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsində və nəticəyönümlü fəaliyyətin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.

Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli çıxışında Konsepsiyanın milli-mənəvi dəyərlərin qorunması, müasir mədəniyyət modelinin formalaşdırılması və mədəniyyət sahəsinin davamlı inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, Konsepsiyanın icrası prosesində əsas icraçı qurumların üzərlərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmasının vacibliyini vurğulayıb.

Daha sonra Konsepsiyanın icrası ilə bağlı nazirlikdaxili İşçi qrupunun rəhbəri, mədəniyyət nazirinin müavini Səadət Yusifova Konsepsiyanın icrası çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumat verib. Nazir müavini Tədbirlər Planında nəzərdə tutulan 84 genişmiqyaslı tədbirin icrasının əlaqələndirilməsi məqsədilə müvafiq mexanizmlərin yaradıldığını, monitorinq və hesabatlılıq sisteminin formalaşdırıldığını bildirib.

Nazirlikdaxili İşçi qrupunun rəhbərinin müavini, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ayaz Müseyibov Nazirlər Kabinetinin müvafiq Sərəncamına dair təqdimatla çıxış edərək, sənəddən irəli gələn vəzifələr, müəyyən edilmiş icra müddətləri və aidiyyəti qurumlar arasında əlaqələndirmə mexanizmləri barədə məlumat verib.

Ümumi müzakirələr zamanı Konsepsiya çərçivəsində nəzərdə tutulan 6 dövlət proqramının hazırlanması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr nəzərdən keçirilib. Eyni zamanda, Tədbirlər Planının səmərəli icrası, monitorinq və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi, habelə növbəti mərhələ üzrə prioritetlərə dair fikir mübadiləsi aparılıb.

İclasın sonunda Tədbirlər Planı üzrə dövlət qurumlarının birgə fəaliyyətini nəzərdə tutan istiqamətlər, eləcə də İşçi qrupunun növbəti mərhələdə görəcəyi işlər müzakirə olunub.

Əvvəlki Yazı

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: Vaşinqton istənilən halda Qəzzada HƏMAS-ın tərksilah edilməsinə nail olacaq

Növbəti Yazı

Yeni tədris ili üzrə dövlət peşə təhsili müəssisələrində illik təhsil haqları açıqlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.