ABŞ heç vaxt İrana qarşı əməliyyatını İslam Respublikasında rejim dəyişikliyinə yönəltməyib; onun əsas məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
O, ASEAN nazirlik tədbirləri çərçivəsində keçirilən mətbuat konfransında Vaşinqtonun İranda rejim dəyişikliyi məqsədi qoyub-qoymadığı ilə bağlı suala cavab olaraq bildirib ki, “Birləşmiş Ştatlar İranın nüvəsizləşdirilməsinə çalışır ki, o, heç vaxt nüvə silahı əldə etməsin”. ABŞ dövlət katibi əlavə edib ki, “Biz heç vaxt məqsədimizin rejim dəyişikliyi olduğunu deməmişik”. O, əlavə edib ki, Amerika ordusu İranın hərbi imkanlarını məhv etməyə yönəlib. (Tass)
