Avqust 3, 2026-13:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Astaranın Siyov kəndi FAO-nun Kəndlərin Tanınması Təşəbbüsü çərçivəsində təltif edilib

2026:07:23 - 13:31
in İQTİSADİYYAT
A A

Astara rayonunun Siyov kəndi dayanıqlı və inklüziv kənd inkişafının təşviqinə, yerli irsin, ənənələrin və biomüxtəlifliyin qorunmasına sadiqliyinə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kəndlərin Tanınması Təşəbbüsü çərçivəsində təltif olunub.

Bu barədə AZƏRTAC-a FAO-nun Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Lənkəran-Astara bölgəsinə səfəri çərçivəsində FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat kənd nümayəndələri ilə görüşərək təqdir sertifikatını təqdim edib. O vurğulayıb ki, bu təltif dayanıqlı kənd inkişafı, yerli irsin və biomüxtəlifliyin qorunması istiqamətində kənd icmasının göstərdiyi səylərin beynəlxalq səviyyədə qiymətləndirilməsinin göstəricisidir.

FAO-nun nümayəndəsi, həmçinin Hirkan Milli Parkına baş çəkərək parkın rəhbərliyi və əməkdaşları ilə görüşüb, Qlobal Ətraf Mühit Fondunun (GEF) maliyyələşdirdiyi, FAO-nun Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi “Biomüxtəlifliyin mühafizəsi və dayanıqlı istifadəsi” layihəsi üzrə görülən işlərin gedişatı ilə tanış olub. Səfər çərçivəsində layihənin həyata keçirildiyi bir sıra məkanlara, o cümlədən yeni inzibati binanın tikintisi üçün ayrılmış əraziyə və hasarlanması nəzərdə tutulan sahəyə baxış keçirilib, Daştatük kəndində icma üçün çəkilən suvarma su xətti üzrə davam edən tikinti işləri yerində qiymətləndirilib və yerli sakinlərlə görüş keçirilib.

FAO-nun Ərzaq və Kənd Təsərrüfatı Muzeyi və Şəbəkəsi (MuNe) çərçivəsində təşkilatın 80 illik yubileyi münasibətilə həyata keçirilən Kəndlərin Tanınması Təşəbbüsü dayanıqlı aqro-qida sistemlərinin inkişafına, biomüxtəlifliyin qorunmasına, qida ənənələrinin və yerli biliklərin qorunub saxlanılmasına, eləcə də inklüziv kənd inkişafına töhfə verən kənd icmalarının fəaliyyətini beynəlxalq səviyyədə tanıdır və onların təcrübəsinin qlobal miqyasda paylaşılmasını təşviq edir.

İndiyədək dünyanın bütün regionlarını təmsil edən 69 ölkədən 300-dən çox kənd təşəbbüsə təqdim olunub. Təşəbbüs kəndlərin bir-biri ilə müqayisə edilməsindən daha çox onların nailiyyətlərinin beynəlxalq səviyyədə tanınmasına və qabaqcıl təcrübələrinin paylaşılmasına xidmət edir. Təltif olunan kəndlər FAO-nun Baş direktoru tərəfindən təsdiqlənmiş rəqəmsal təqdir sertifikatı əldə edir, FAO MuNe Şəbəkəsinə qoşulur və bu şəbəkənin rəqəmsal platforması vasitəsilə qlobal miqyasda tanıdılır.

Əvvəlki Yazı

Rubio ABŞ-ın İrandakı hədəflərini açıqlayıb

Növbəti Yazı

Peskov: Rusiya danışıqlara açıqdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.