Rusiya nüvə silahlarının yayılmaması zərurəti ilə bağlı mövqeyini qoruyub saxlayır, lakin dövlətlərin nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ olmalıdır. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Nüvə silahlarının yayılmaması rejimi ilə bağlı mövqeyimiz hər kəsə yaxşı məlumdur. Bu, nüvə silahlarına aiddir. Həmçinin hər kəs istənilən dövlətin dinc nüvə enerjisi hüququ ilə bağlı mövqeyimizi də yaxşı bilir. İranın da, Səudiyyə Ərəbistanının da, digər dövlətlərin də bu hüququ olmalıdır”, – deyə Peskov ABŞ və Səudiyyə Ərəbistanının Vaşinqtonun Krallığın dinc nüvə proqramını dəstəkləməsi ilə bağlı saziş imzalaması xəbərini şərh edərkən bildirib. (Tass)
