İsrail hakimiyyəti girovların azad edilməsi ilə bağlı Həmas ilə razılaşma çərçivəsində 30 fələstinli məhbusu azad edib. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, müvəqqəti atəşkəs razılaşması çərçivəsində İsrail hakimiyyəti tərəfindən buraxılmış 30 fələstinli məhbusun olduğu avtobus Qırmızı Xaç Cəmiyyətinin tibbi qruplarının müşayiəti ilə Ofer həbsxanasından çıxıb.
Bundan əvvəl Qəzza zolağında HƏMAS-ın saxladığı israilli girovların altıncı dəstəsinin azad edilməsi barədə məlumat yayılmışdı. 14 nəfərlik qrup sağ-salamat İsrailə gəlib və orada onları hərbçilər və kəşfiyyatçılar qarşılayıb. (Tass)