Blinkenin oktyabrın 7-dən bəri üçüncü Yaxın Şərq turunun ilk dayanacağı İsrail oldu.
Səfər çərçivəsində Blinkenin İsrail rəsmiləri ilə Qəzzada əldə olunan müvəqqəti atəşkəs, HƏMAS-ın saxladığı məhbusların azad edilməsi və Qəzzaya yardımı müzakirə edəcəyi gözlənilir.
Blinkenin İsraillə təmaslarından sonra Yaxın Şərq turuna davam edəcəyi gözlənilir.
İsraillə Həmas arasında əldə edilən əsir mübadiləsi razılaşması çərçivəsində noyabrın 24-də Qəzzada baş verən qarşıdurmalarda 4 günlük müvəqqəti atəşkəs elan edilməsinə qərar verilib.
Qətər və Misirin vasitəçiliyi ilə aparılan dolayı danışıqlardan sonra bu əsir mübadiləsi və müvəqqəti atəşkəs 2 gün daha uzadılıb.
Bakı vaxtı ilə bu səhər saat 09:00-da başa çatması gözlənilən müvəqqəti atəşkəsin uzadılması istiqamətində danışıqlar davam edir. (TRT Haber)