Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 27 iyul saat 13:00-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar.
Bu gün saat 09:15-ə olan məlumata əsasən 15633 bakalavr (Azərbaycan bölməsi – 14251, rus bölməsi – 1382) ərizəsini təsdiq edib.
“İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi“nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləməlidir. O zaman bakalavrlar müsabiqəyə buraxılacaqlar”, – məlumatda qeyd olunub.
