Yəmənin Ənsar Allah hərəkatından olan Husi üsyançıları Səudiyyə Ərəbistanının NCC Ghazal neft tankerinə ballistik raket hücumu etdiklərini iddia ediblər. Bu barədə üsyançıların hərbi sözçüsü Yəhya Saria bildirib.
“Yəmən silahlı qüvvələri (Husilərə istinadən ) hərbi əməliyyat keçirib və bu əməliyyat zamanı Səudiyyə Ərəbistanının NCC Ghazal neft tankerinə dəniz gəmiçiliyinə qoyulan qadağanı pozduğuna və xəbərdarlıqlara məhəl qoymadığına görə bir neçə ballistik raketlə hücum ediblər”, – deyə o, Telegram kanalında yazıb.
Üsyançı sözçüsünün sözlərinə görə, gəmi raket hücumu nəticəsində kursunu dəyişməyə məcbur olub. Saria həmçinin vurğulayıb ki, husilər “mühasirəyə mühasirə və hərtərəfli eskalasiyaya hərtərəfli eskalasiya” prinsipi əsasında Səudiyyə Ərəbistanının dəniz blokadasını davam etdirəcəklər.
