Avqust 6, 2026-11:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycan mədəni diplomatiyada ön sıralardakı mövqeyini möhkəmləndirir

2026:07:29 - 10:32
in MƏDƏNİYYƏT
A A

Bu il oktyabrın 27–29-da Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT Turizm Təşkilatının (UN Tourism) tərəfdaşlığı ilə təşkil olunacaq forum Azərbaycanın beynəlxalq humanitar əməkdaşlıq və mədəni diplomatiya sahəsində artan nüfuzunun növbəti göstəricisi hesab olunur. Tədbirin məhz Bakıda keçirilməsi ölkəmizin qlobal mədəni dialoq platformalarında fəal rolunu bir daha nümayiş etdirir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində mədəniyyət işçisi və ictimai fəal Fərid Ələkbərli deyib.

Onun sözlərinə görə, Azərbaycan bu gün müxtəlif dövlətlər və xalqlar arasında dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviq edildiyi etibarlı beynəlxalq platformaya çevrilib. 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” ölkəmizin mədəniyyətlərarası dialoqu dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini nümayiş etdirən uğurlu təşəbbüslərdən biridir. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun UNESCO, UNAOC, ICESCO və BMT Turizm Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumların tərəfdaşlığı ilə keçirilməsi Azərbaycanın bu sahədəki fəaliyyətinə göstərilən yüksək etimadın göstəricisidir. Azərbaycanın multikulturalizm, tolerantlıq və mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi siyasət artıq qlobal miqyasda uğurlu model kimi qiymətləndirilir.

Fərid Ələkbərli vurğulayıb ki, BMT Turizm Təşkilatının Forumda tərəfdaş qismində iştirakı mədəniyyətlərarası dialoqun yalnız humanitar sahədə deyil, eyni zamanda turizm və iqtisadi əməkdaşlığın inkişafında da mühüm rol oynadığını göstərir. Bakının son illərdə COP29 da daxil olmaqla bir sıra nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi Azərbaycanın qlobal mövqeyini daha da möhkəmləndirib. Müasir dövrdə münaqişələrin və qlobal çağırışların artdığı bir şəraitdə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sülhün, qarşılıqlı hörmətin və əməkdaşlığın təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır. Forum çərçivəsində dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, alimlər, ekspertlər, mədəniyyət xadimləri və gənclər bir araya gələrək yeni əməkdaşlıq imkanlarını müzakirə edəcəklər. Belə tədbirlər Azərbaycanın zəngin tarixi-mədəni irsinin və turizm potensialının dünyada daha geniş tanıdılmasına, ölkənin beynəlxalq imicinin və “yumşaq güc” imkanlarının güclənməsinə mühüm töhfə verir.

O, forumun gənclər üçün əhəmiyyətinə də diqqət çəkərək qeyd edib ki, belə beynəlxalq platformalar gənclərin qlobal proseslərdə iştirakına, müxtəlif mədəniyyətləri yaxından tanımasına və yeni əməkdaşlıq əlaqələri qurmasına geniş imkanlar yaradır. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, eləcə də ölkəmizin Şərqlə Qərb arasında etibarlı dialoq və əməkdaşlıq mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.

Əvvəlki Yazı

Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində Bakıda beynəlxalq təlim keçirilib

Növbəti Yazı

DİM: İxtisas seçiminin avqustun 10-dan sonra başlanması gözlənilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.