Prezident administrasiyasının açıqlamasına görə, İraq Səudiyyə Ərəbistanı və ABŞ-ın öz ərazisindəki şiə Haşd əl-Şabi milisinə hücumunu “suverenliyin kobud şəkildə pozulması” və “ölkənin rəsmi təhlükəsizlik orqanlarına hücum” kimi qiymətləndirib.
Bəyanatda vurğulanır ki, “İraq ərazisinin qonşu ölkələrə qarşı təcavüz üçün tramplin və ya arena kimi istifadəsinə qarşı qəti mövqeyimizi bir daha bəyan edirik”. Administrasiya “bütün tərəfləri İraqın suverenliyinə hörmət etməyə və onun sabitliyinə və təhlükəsizliyinə xələl gətirə biləcək hər hansı bir hərəkətdən çəkinməyə” çağırıb. (Tass)
