Hökumətin enerji sektorunda yüksək hazırlıq rejimi tətbiq etdiyi bir vaxtda Moldova benzin və dizel yanacağının alışını artırır. Bu barədə Moldovanın energetika naziri Dorin Yunqietu hökumətin saytında yerləşdirilən videomüraciətdə bildirib.
Nazir bildirib ki, “Bazarda sabit tədarükü qorumaq üçün çərşənbə günü ölkənin cənubundakı Giurgiulesti Beynəlxalq Azad Limanı (900 ton dizel) və Rumıniya ilə sərhəddəki Leuseni gömrük postu (400 ton benzin) vasitəsilə yanacaq çatdırılıb”. O əlavə edib ki, Giurgiulesti limanındakı barjada artıq 5000 tondan çox dizel yanacağı tezliklə bazara çatdırılacaq.
Bir gün əvvəl Moldovanın Baş naziri Vasile Tofan Ukraynada tələbatın böyük olduğu halda, qıtlığın, spekulyasiyanın və təkrar satışın qarşısını almaq üçün dizel yanacağının ixracına və pərakəndə satışına məhdudiyyətlər qoyulmasını əmr etmişdi. O, ölkədə 40 litrdən böyük bidonlarda və qablarda dizel yanacağının satışının qadağan olduğunu vurğulayıb. (Tass)
