Serbiya Milli Assambleyasının (birpalatalı parlament) üzvləri Djuro Macutun rəhbərlik etdiyi hökumətə etimadsızlıq səsverməsi keçirilməsini tələb edən qətnaməni böyük səs çoxluğu ilə rədd ediblər. Bu barədə Serbiya radio və televiziyası məlumat yayıb.
135 deputat sənədin təsdiqlənməsinin əleyhinə səs verib. Parlamentin qırx üzvü təşəbbüsü dəstəkləyib, bir millət vəkili isə bitərəf qalıb. (Tass)
