Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın nə vaxtsa Şimali Atlantika Alyansına üzv olacağına şübhə etdiyini bildirib.
O, Nikolayevə səfəri zamanı tələbələrlə görüşdə milli təhlükəsizliyin möhkəmləndirilməsinin gələcək perspektivləri ilə bağlı sualı cavablandırarkən bu məsələnin prioritet olacağını qeyd edib. Eyni zamanda, Zelenski ölkənin NATO-ya daxil olub-olmayacağını bilmədiyini deyib.
“Biz bunun necə olacağını dəqiq bilmirik. Heç kim sizə dəqiq deməyəcək. Biz NATO-da olacağıq, yoxsa NATO-da olmayacağıq. İstəyirik, amma…” Telegram kanalında video yerləşdirilib.
Eyni zamanda, Zelenski bir daha Kiyevin NATO standartlarına doğru irəlilədiyini və “milli təhlükəsizliyin ən yüksək səviyyədə” olmasını təmin etmək üçün hər şeyi etməli olduğunu təkrarlayıb. (Tass)