İyul 31, 2026-0:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan əlverişli coğrafi mövqeyi ilə Çin–Avropa ticarət axınında təbii körpü rolunu oynayır 

2026:07:30 - 16:22
in SİYASƏT
A A

Qlobal təchizat zəncirlərinin geosiyasi qeyri-müəyyənliklərə uyğunlaşdığı və marşrutların şaxələndirilməsinə ehtiyacın artdığı bir dövrdə Orta Dəhliz ənənəvi dəniz və şimal quru marşrutlarına etibarlı, səmərəli və dayanıqlı alternativ kimi sürətlə əhəmiyyət qazanır. Sözügedən transformasiyanın mərkəzində isə Azərbaycan dayanır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, Azərbaycanın tarixi İpək Yolunun üzərində yerləşən əlverişli coğrafi mövqeyi onu Çin–Avropa və Avropa–Çin ticarət axınlarının kəsişməsində yerləşən təbii körpüyə çevirir. Bu üstünlüyü nəzərə alan Azərbaycan bağlantıları milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyən edib, nəqliyyat, logistika və ticarətin asanlaşdırılması sahələrinə irihəcmli investisiyalar yatırıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər hövzəsinin əsas nəqliyyat qapısı kimi fəaliyyət göstərərək Qazaxıstan, Türkmənistan və Azərbaycan arasında dəniz və dəmir yolu daşımalarının fasiləsiz inteqrasiyasını təmin edir. Limanın genişləndirilməsi və modernləşdirilməsi isə onun yükötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb, tranzit müddətlərini isə xeyli azaldıb. Azərbaycanın Orta Dəhlizdə oynadığı rol regional baxımdan da mühüm əhəmiyyət daşıyır. Tranzit yük həcmlərinin artması marşrutda iştirak edən ölkələr arasında ortaq iqtisadi maraqlar formalaşdırır, Cənubi Qafqaz və Mərkəzi Asiyada əməkdaşlığın, sabitliyin möhkəmlənməsinə töhfə verir. Həmçinin son illər Azərbaycan Mərkəzi Asiya ölkələrini Azərbaycan vasitəsilə Türkiyə ilə birləşdirən Şərq–Qərb nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin artırılması məqsədilə investisiyalarını əhəmiyyətli dərəcədə genişləndirib. Həyata keçirilən layihələr logistikanın səmərəliliyinin yüksəldilməsinə və daşınma xərclərinin azaldılmasına xidmət edir. Xüsusilə Azərbaycan ilə Mərkəzi Asiya arasında çoxşaxəli bağlantılar sistemi formalaşdırılıb. Bu sistemə Bakı–Tbilisi–Ceyhan neft kəməri vasitəsilə enerji bağlantısı, Xəzər dənizi üzərindən dəniz əlaqəsi, Xəzərin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsini nəzərdə tutan birgə layihə vasitəsilə rəqəmsal bağlantı, Zəngəzur dəhlizinin açılması ilə nəzərdə tutulan avtomobil və dəmir yolu bağlantıları daxildir”, – deyə deputat bildirib.

Pərvanə Vəliyeva qeyd edib ki, Orta Dəhlizin mühüm strateji hissəsi olan Zəngəzur dəhlizi yalnız nəqliyyat marşrutu kimi deyil, uzunmüddətli rəqabəti praqmatik əməkdaşlığa çevirə biləcək etimad quruculuğu mexanizmi kimi nəzərdə tutulur. Zəngəzurdan keçən dəmir və avtomobil yollarının yenidən açılması Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək, eyni zamanda, Ermənistana regional və beynəlxalq tranzit şəbəkələrinə çıxış imkanı yaradacaq.

“Dəhliz istifadəyə verildikdən sonra Şərq–Qərb marşrutları boyunca yeni logistika imkanları formalaşdıracaq və həm Avropa, həm də Asiya üçün qarşılıqlı fayda yaradan əlaqə rolunu oynayacaq. Bununla yanaşı, Azərbaycan və Ermənistan tranzit ölkələri kimi mühüm iqtisadi üstünlüklər əldə edəcəklər. Artıq Gürcüstan vasitəsilə Azərbaycan mənşəli neft məhsullarının Ermənistana çatdırılması Cənubi Qafqazda praqmatik iqtisadi əməkdaşlığın mümkün olduğunu nümayiş etdirir. Regionda fasiləsiz nəqliyyat əlaqələrinin bərpası ilə Zəngəzur dəhlizi iqtisadi qarşılıqlı asılılığın uzunmüddətli sülhün əsas dayaqlarından biri ola biləcəyini təsdiqləyir”, – deyə o əlavə edib.

Əvvəlki Yazı

“Qaz təchizatı haqqında” qanuna edilən dəyişikliklər bir sıra normativ hüquqi aktlara uyğunlaşdırılır

Növbəti Yazı

Mütəxəssis: İsti hava bəzi dərmanların orqanizmə təsirlərini dəyişdirə bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.