İsrail Müdafiə Qüvvələrinin (IDF) hava hücumundan müdafiə sistemi Livandan İsrailə uçan şübhəli hava hədəfini uğurla ələ keçirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl İsrailin şimalındakı Dovev, Mattat və Sasa bölgələrində sirenlər səsləndikdən sonra İD-nin hava hücumundan müdafiə sistemi Livandan İsrail ərazisinə uçan şübhəli hava hədəfini uğurla ələ keçirib”, – deyə məlumatda bildirilir. (Tass)