ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən iclası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü nəzərdə tutulmayıb. Bu barədə TASS-ın müxbirinə respublikanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“ATƏT nazirlərinin Skopye forumu çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır”, – Ermənistan Xarici İşlər Nazirliyi qeyd edib. (Tass)