Avqust 2, 2026-1:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MANŞET

Prezident İlham Əliyevin beynəlxalq arenada ana dilində çıxışı siyasi müstəqilliyimizin göstəricisidir – RƏY

2026:08:01 - 16:30
in MANŞET
A A

Bu gün Prezident İlham Əliyevin beynəlxalq platformalarda Azərbaycan dilində çıxış etməsi dövlət dilimizin nüfuzunun və Azərbaycanın siyasi müstəqilliyinin parlaq göstəricisidir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin üzvü filologiya üzrə elmlər doktoru Elnarə Akimova deyib.

Deputat hər il 1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmasını ana dilinə ehtiramın ifadəsi kimi qiymətləndirib:

“Bu həm də milli kimliyimizi, mənəvi yaddaşımızı və dövlətçilik ənənələrimizi yaşadan ən böyük sərvətlərdən birinin əhəmiyyətini bir daha xatırladır. Çünki dil xalqın tarixini, mədəniyyətini və milli düşüncəsini gələcək nəsillərə daşıyan ən etibarlı körpüdür. Azərbaycan dili əsrlər boyu xalqımızın varlığını qoruyan, zəngin ədəbi irsimizi və milli-mənəvi dəyərlərimizi yaşadan əsas amillərdən biri olub. Məhz bu dil sayəsində xalqımız ən çətin tarixi sınaqlardan üzüağ çıxaraq milli kimliyini və özünəməxsusluğunu qoruyub saxlayıb. Ana dilinə bağlılıq Vətənə, dövlətə və milli köklərə bağlılığın ayrılmaz hissəsidir”.

Elnarə Akimovanın sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti müstəqil Azərbaycanın mühüm dövlətçilik prinsiplərindən birinə çevrilib:

“1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsi də ana dilinin qorunmasına verilən yüksək dövlət qayğısının bariz ifadəsidir. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir”.

O, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi fikirlərin ana dilinin dövlətçilikdəki rolunu bir daha aydın şəkildə ortaya qoyduğunu vurğulayıb:

“Dövlət başçısı vurğuladı ki, Azərbaycan xalqı əsrlər boyu öz milli kimliyini məhz dili, ədəbiyyatı və mədəniyyəti vasitəsilə qoruyub. Bu yanaşma göstərir ki, ana dili təkcə ünsiyyət vasitəsi deyil, milli təhlükəsizliyin, ideoloji bütövlüyün və dövlət müstəqilliyinin mühüm sütunlarından biridir.

Qloballaşma və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan dilinin saflığını qorumaq, onun elmi, təhsil və informasiya məkanındakı mövqeyini gücləndirmək xüsusi əhəmiyyət daşıyır. Bu məsuliyyət yalnız dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşür. Dilə qayğı gələcəyə qayğıdır”.

Filologiya üzrə elmlər doktoru bu gün Prezident İlham Əliyevin beynəlxalq platformalarda Azərbaycan dilində çıxış etməsinin dövlət dilimizin nüfuzunun və Azərbaycanın siyasi müstəqilliyinin parlaq göstəricisi olduğunu ifadə edib:

“Dünyaya öz ana dilində müraciət edən lider əslində xalqının kimliyinə, mədəniyyətinə və dövlətçiliyinə verdiyi dəyəri nümayiş etdirir. Azərbaycan dili bizim ən böyük mənəvi sərvətimizdir. Onu qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin borcudur. Ana dilimiz yaşadıqca milli kimliyimiz yaşayacaq, milli kimliyimiz yaşadıqca isə Azərbaycan dövlətçiliyi daha da möhkəmlənəcək. Məhz buna görə də 1 avqust təkcə dil bayramı deyil, milli varlığımıza, dövlətçiliyimizə və gələcəyimizə sədaqətin təntənəsidir”.

Əvvəlki Yazı

AMB investisiya şirkətlərində müştəri hüquqlarının qorunmasına dair yeni tələblər müəyyənləşdirib

Növbəti Yazı

ÜST hazırkı Ebola epidemiyasını Konqo Demokratik Respublikası tarixində ən böyük epidemiya adlandırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.