Fransanın Baş naziri Sebastyan Lekornu ölkəni bürüyən meşə yanğınlarının nəzarət altına alındığını açıqladı.
Baş nazir “La Tribune Dimanche” qəzetinə verdiyi müsahibədə bildirib ki, “Ümumiyyətlə, bu gün ölkəmizdə yanğınlar nəzarət altındadır”.
O, xüsusilə Fransanın cənub-qərbindəki Jironda departamentindən bəhs etdi. Onun sözlərinə görə, meşə yanğını öz hava axınlarını yaratdığı və gözlənilməz şəkildə yayıldığı üçün onunla mübarizə aparmaq olduqca çətin olub. Lekornu qeyd edib ki, “təcili yardım xidmətlərinin görkəmli işi, dəyişən hava şəraiti və yanğının daimi monitorinqi sayəsində vəziyyət yenidən sabitləşib”.
