Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel bildirib ki, Almaniya hökuməti Seutadan olan miqrantları qəbul etməkdən imtina etməlidir.
“Seuta anklavı xaos içində qalır: sığınacaq axtaranların qəbul mərkəzləri həddindən artıq doludur, miqrantlar evlərə girib yerli sakinlərə hücum etməyə çalışır və minlərlə insan küçələrdə “Allahu Əkbər” şüarları ilə yürüş edir. Almaniya hökuməti bu qanunsuz miqrantların heç birini qəbul etməyəcəyini, [İspaniyanın Baş naziri] Pedro Sançezin hökuməti ilə onları qəbul etməkdə heç bir əməkdaşlıq olmayacağını və bunun əvəzinə İspaniyadan [bu şəxsləri] deportasiya etmək tələb olunacağını açıq və birmənalı şəkildə bildirməlidir”, – deyə Vaydel X-də yazıb.
