Avqust 5, 2026-4:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Nüvə təhlükəsizliyi üzrə tədqiqat aparan BMU məzunu Helsinki Universitetinə qəbul olub

2026:08:03 - 13:48
in SOSİAL
A A

Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Səma Məmmədova Finlandiyanın Helsinki Universitetinin doktorantura pilləsinə qəbul olub. O, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olaraq doktorantura təhsilini dövlətin dəstəyi ilə davam etdirəcək.

BMU-dan AZƏRTAC-a bildirilib ki, Səma Məmmədovanın doktorantura tədqiqatı nüvə qəzası hallarında qida məhsulları, içməli su və digər təbii matrikslərdə radionuklidlərin sürətli və etibarlı şəkildə analizinə imkan verən metodların hazırlanmasına həsr olunub. Layihənin məqsədi fövqəladə nüvə hadisələri zamanı ətraf mühit və insanların sağlamlığı üçün risklərin operativ qiymətləndirilməsinə elmi töhfə verməkdir.

Gənc tədqiqatçı BMU-da kimya sahəsi üzrə təhsil alıb. Universitetə 634 balla qəbul olan məzun bakalavr təhsilini 97,51 ümumi orta müvəffəqiyyət göstəricisi ilə başa vuraraq ixtisas birincisi olub.

Bakalavriat səviyyəsini tamamladıqdan sonra o, Helsinki Universitetində kimya və molekulyar elmlər ixtisası üzrə Dövlət Proqramı çərçivəsində magistratura təhsili alıb. Magistratura illərində Səma Məmmədova nüvə sahəsində təhsil alan qadın tədqiqatçılar üçün nəzərdə tutulan nüfuzlu “Mariya Skladovskaya-Küri” təqaüd proqramının qalibi olub. Bu təqaüd proqramı hər il dünyanın müxtəlif ölkələrindən təxminən 100-150 perspektivli qadın tədqiqatçıya yüksək akademik göstəriciləri və liderlik potensialına görə təqdim edilir. Təqaüd onun təhsilinə və elmi layihəsinə maliyyə dəstəyi göstərməklə yanaşı, beynəlxalq elmi şəbəkəyə qoşulmasına, nüvə sahəsinin aparıcı mütəxəssisləri ilə əməkdaşlıq etməsinə və peşəkar əlaqələrini genişləndirməsinə imkan yaradıb.

Proqram çərçivəsində Səma Məmmədova Azərbaycana qayıdaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Nüvə tədqiqatları departamentində 8 aylıq peşəkar təcrübə keçib. Həmçinin bu proqram çərçivəsində Azərbaycanda rəsmi istehsalat təcrübəsi keçən ilk qadın təqaüdçü olub.

Ötən ilin sentyabr ayından etibarən BMU-nun Kimya mühəndisliyi kafedrasında müəllim kimi fəaliyyət göstərən Səma Məmmədova analitik kimya, instrumental analiz, kimya mühəndisliyinə giriş və materialşünaslıq fənlərini tədris edib. O bildirib ki, müəllimlik fəaliyyətinə böyük həvəslə başlayıb, akademik ili yüksək tələbə məmnuniyyəti göstəriciləri və səmərəli müəllim-tələbə münasibətləri ilə başa vurub. Səma Məmmədovanın sözlərinə görə, universitetdə qazandığı bu akademik təcrübə Helsinki Universitetində doktorantura təhsili və gələcək tədris fəaliyyətinə başlamazdan əvvəl onun üçün mühüm hazırlıq mərhələsi olub.

BMU məzununun əsas məqsədi beynəlxalq səviyyədə qazandığı bilik və təcrübəni gələcəkdə Azərbaycanda tətbiq etmək, radiasiya təhlükəsizliyi sahəsində elmi fəaliyyətə töhfə verməkdir.

Əvvəlki Yazı

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Növbəti Yazı

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.