Avqust 4, 2026-1:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü regionda yeni güc mərkəzinin formalaşdığını göstərir

2026:08:03 - 17:06
in İQTİSADİYYAT
A A

Qırğızıstanda keçirilən Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü Avrasiya regionunda yeni güc mərkəzinin formalaşdığını göstərir. Asiya İnkişaf Bankının “Asian Development Outlook” (Asiya İnkişaf Perspektivləri) adlı hesabatında bildirilib ki, Mərkəzi Asiyanın ümumi daxili məhsul istehsalı 2025-ci ildə 4,5, 2026-cı ildə isə 5 faiz artacaq. Son 30 ildə əhalinin sayı 47 faiz (23 milyon nəfər) artıb. Region dünya bazarına ildə 8 milyon ton pambıq ixrac edir. Mərkəzi Asiya respublikaları ümumilikdə 30 milyard ton neft və 20 trilyon kubmetr təbii qaz ehtiyatına malikdir. Regionun İpək Yolunun üzərində yerləşməsi onun nəqliyyat-tranzit potensialını artırır, Avropa ilə Çini və Cənub Şərqi Asiya ölkələrini birləşdirir. Bütün bunlar əlbəttə ki, böyük iqtisadi potensialın göstəricisidir.

Bu fikri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, bu iqtisadi gücü Azərbaycan özünün nəqliyyat və tranzit imkanları və yaratdığı infrastrukturla daha da artırır.

“Azərbaycan Mərkəzi Asiya respublikalarının (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan) dünya bazarlarına çıxışını təmin edir və bu ölkələrlə Azərbaycanın iqtisadi və siyasi inteqrasiya prosesləri formalaşan yeni güc mərkəzinin dünya miqyasında tanınmasını və qəbul edilməsini təşkil edir. Dünyada mövcud olan ittifaqlar yalnız iqtisadi birliklə güc mərkəzinə çevrilə biliblər. Avropa İttifaqını və digər qurumlar yalnız iqtisadi əməkdaşlıq nəticəsində qlobal siyasətə təsir etmək imkanı qazanıblar. Azərbaycan və Mərkəzi Asiya respublikaları da Türk Dövlətlər Təşkilatında birləşiblər. Bu təşkilatın gələcək gücü onun iqtisadi inteqrasiyasından asılı olacaq. Azərbaycan və Mərkəzi Asiya respublikalarının eyni dinə, mədəniyyətə və xalqların eyni tarixi kökə malik olmaları siyasi birliyi də şərtləndirir. Bununla yanaşı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Zəfər qazanması və sülhə doğru addımları inteqrasiya prosesləri üçün münbit şərait yaradıb və buna görə də Azərbaycan Prezidentinin hər dəfə Mərkəzi Asiya dövlət başçılarının görüşlərinə dəvət edilməsi təsadüfi xarakter daşımır”, – deyə akademik vurğulayıb.

Ziyad Səmədzadə əlavə edib ki, praqmatizm siyasi mənada müəyyən güzəştlərlə maraqların üst-üstə düşməsini təmin etməkdir: “ABŞ Prezidentinin təşəbbüsü Amerikanın, Mərkəzi Asiya respublikalarının və Azərbaycanın maraqlarının üst-üstə düşməsini təmin edir. Buna misal olaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu misal göstərə bilərik. Bu yolla Çin öz mallarını Mərkəzi Asiya və Azərbaycandan tranzit keçməklə Avropaya ixrac edir. ABŞ-nin Avropadakı müttəfiqləri ticarət əlaqələrini genişləndirir, Azərbaycan və Mərkəzi Asiya respublikaları tranzit gəlir əldə edir. ABŞ-nin logistika şirkətləri marşrutun ehtiyacı olan infrastruktur layihələrə sərmayə yatırıb qazanc əldə edir. Bir sözlə layihədə iştirak edən bütün tərəflər qazanc əldə edir ki, bu da praqmatizmin nümunəsidir. Bu praqmatizm Azərbaycan və Mərkəzi Asiya respublikalarına qlobal siyasətdə aparıcı rol oynamaqlarına imkan verir və burada Azərbaycanın rolu xüsusi qeyd edilməlidir. Bu mühüm rolun əldə edilməsinin təməli isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın 44 günlük Vətən müharibəsində azad edilməsi və regionda yeni siyasi və iqtisadi reallıqların yaradılması ilə qoyulub”.

Əvvəlki Yazı

Türkiyəli nümayəndə heyəti Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət ediblər

Növbəti Yazı

Azad edilmiş ərazilərdə ötən ay 788 mina, 2106 PHS aşkarlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.