Vaşinqton İranın Hörmüz boğazından keçən gəmilər üçün rüsum almasına icazə verməyəcək, lakin ABŞ bunu özü edə bilər. Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib: “Mən onların rüsum almasına icazə verməyəcəyəm. Əgər kimsə rüsum alacaqsa, bu da bizik.” Tramp iddia edib ki, ABŞ boğaz üzərində “tam nəzarət” qurub.
“Onlar (İran hakimiyyəti ) heç bir ödəniş tələb etməyəcəklər. Biz heç bir ödəniş barədə danışmırıq. Onlar heç bir ödəniş tələb etməyəcəklər”, – deyə Amerika lideri vurğulayıb. (Tass)
