Yəmənli Ənsar Allah hərəkatının husi üsyançıları Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Nəcran şəhərinin hava limanında hədəfə hücum ediblər. Bu barədə üsyançı silahlı qüvvələrin sözçüsü Yəhya Sərianın Telegram kanalında dərc olunmuş bəyanatında bildirilir.
“Yəmən silahlı qüvvələri Nəcran hava limanında Səudiyyə Ərəbistanının əsas hədəfinə hücum etmək üçün pilotsuz təyyarədən istifadə edib”, – deyə açıqlamada bildirilir.
Hücumun Səudiyyə Ərəbistanına məxsus pilotsuz təyyarələrin Yəmənin Husilərin nəzarətində olan Səəda və Həcc əyalətləri üzərindəki hava məkanına daxil olmasına cavab olaraq edildiyi bildirilir. (Tass)
