Latviya təhlükəsizlik qüvvələri növbəti dəfə Belarusla sərhəd ərazilər üzərindən uçan kəşfiyyat pilotsuz təyyarəsini işə salıb. Bu barədə TASS-a Avropa İttifaqının hava hərəkətinin idarə olunması xidmətindəki mənbə bildirib.
Agentliyin mənbəyi bildirib ki, “Hazırda Latviya-Belarus sərhədi yaxınlığındakı ərazilərdə təxminən 1 km hündürlükdə uçan kəşfiyyat dronu müşahidə olunub”. O, dronu hərəkət edən hədəflərin müşahidəsi və aşkarlanması, eləcə də kəşfiyyat məlumatlarının toplanması üçün nəzərdə tutulmuş Penguin C PUA-sı kimi müəyyən edib.
Bu PUA-nın burada uçması sonuncu dəfə 31 iyulda, Latviya Daxili İşlər Naziri Yanis Dombravanın sərhədin bağlanması ilə bağlı açıqlamasından sonra müşahidə olunub. Belarus Dövlət Sərhəd Komitəsi o zaman sərhədin bağlanmasını təsdiqləməyib.
Mənbə həmçinin izah edib ki, dron hazırda aşağı hündürlüklər də daxil olmaqla, təyin olunmuş mülki aviasiya uçuş marşrutlarından kənarda uçur. (Tass)
