16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Tərtərdə yanıb ölən ər-arvadın oğlu: Yanğın tamah məqsədillə törədilib

Tərtərdə yanğın zamanı həyatını itirən Əsgər Səmədov və Adilə Hüseynovanın oğlu Anar Səmədov hadisənin tamah məqsədilə törədildiyini iddia edib.

Bu barədə o, Teleqraf-ın Qarabağ bürosunun danışıb.

Anar Səmədovun sözlərinə görə, yanğın barədə ona telefonla məlumat verilib: “Dərhal hadisə yerinə gəldim, yanğın artıq söndürülmüşdü. Atam qapının ağzında, anam isə mətbəxdə üzü üstə yanmış vəziyyətdə idi. Evdə pul saxladığım yerə baxdım. Çamadanın içində, parçaların arasında gizlətdiyim 16 min manatdan cəmi 300 manat qalmışdı, 15 min 700 manat götürülmüşdü. Çamadan və üstündəki parçalar dağıdılmışdı”.

Anar Səmədov bildirib ki, evdə elektrik xətləri yeni çəkilibmiş, qaz xəttində heç bir nasazlıq olmayıb:

“Ona görə hesab edirəm ki, hadisə tamah məqsədilə törədilib”.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.