Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət imtahanlarında uğur göstəricisi yüksəlib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 9 illik təhsil bazası üzrə qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçmiş abituriyentlərin sayı ötən illə müqayisədə 8,8 faiz azalaraq 2 143 nəfərdən 1 954 nəfərə enib. Buna baxmayaraq, müsbət nəticə göstərənlərin payı 2025-ci ildəki 53,9 faizdən bu il 55,4 faizə yüksəlib.
