İyun 14, 2025-23:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və Macarıstan XİN başçıları regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib – YENİLƏNİB

2023:11:30 - 17:21
in SİYASƏT
A A

30 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Görüşdə Azərbaycan və Macarıstan arasında əməkdaşlığın müxtəlif aspektləri, habelə cari regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Macarıstan arasında ikitərəfli, o cümlədən çoxtərəfli münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu, əməkdaşlıq gündəliyinin genişləndirilməsi və perspektivlərinin müzakirəsində qarşılıqlı təmaslar və səfərlərin əhəmiyyətini vurğulayıb.

Macarıstanın xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə daimi dəstəyi minnətdarlıqla xatırlanıb.

İki ölkə arasında müxtəlif, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, investisiyalar, bağlantılar və s. sahələr üzrə əməkdaşlığın inkişafı, həyata keçirilən birgə layihələrin uğurlu icrasının əhəmiyyəti qeyd olunub.

Qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Report.

Əvvəlki Yazı

Azərbaycan və Türkiyə ilə əməkdaşlıq – Ermənistanın nicat yolu – ŞƏRH

Növbəti Yazı

Dubayda BƏƏ və Azərbaycan prezidentlərinin görüşü başlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.