Avqust 11, 2026-1:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Uğurun sirri nədir?” – Oğuzda gənclərlə interaktiv və motivasiyaedici müzakirə olub

2026:08:10 - 16:01
in SOSİAL
A A

Oğuz rayon M. F. Axundzadə adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Uğurun sirri nədir?” mövzusunda gənclərlə interaktiv və motivasiyaedici müzakirə görüşü təşkil edilib.

Oğuz rayonu üzrə gənclər və idman sektorundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə tədbir iştirakçıların bir-birini daha yaxından tanımasına və mövzuya maraqla qoşulmasına xidmət edən “Mənim üçün uğur…” adlı buzqıran oyunu ilə başlayıb. Gənclər uğur anlayışını bir söz və ya qısa fikir ilə ifadə edərək baxışlarını bölüşüblər. Daha sonra təşkil olunan müzakirədə “Uğur nədir?”, “Uğurlu insanın ən vacib xüsusiyyəti hansıdır?”, “Uğur qazanmaq üçün istedad vacibdir, yoxsa zəhmət?”, “Uğursuzluq uğura aparan yol ola bilərmi?” və “Sizə ilham verən şəxs kimdir və niyə?” kimi suallar ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar müxtəlif baxış bucaqlarından çıxış edərək, maraqlı və əsaslandırılmış fikirlər səsləndiriblər.

Komanda işi mərhələsində gənclər kiçik qruplara bölünərək “Uğurun resepti” adlı yaradıcı tapşırığı yerinə yetiriblər. Hər qrup uğurun əsas komponentlərini – məqsəd, zəhmət, intizam, səbir, məsuliyyət və özünəinam kimi dəyərləri əks etdirən təqdimatlar hazırlayıb. Tədbirin davamında uğurun əsas prinsiplərinə həsr olunmuş motivasiyaedici çıxış səsləndirilib. Çıxış zamanı məqsəd müəyyənləşdirməyin, vaxtın səmərəli idarə edilməsinin, davamlı öyrənməyin, uğursuzluqlardan nəticə çıxarmağın və özünə inanmağın şəxsi inkişaf və uğur qazanmaq üçün mühüm amillər olduğu vurğulanıb.

Yekun hissədə keçirilən “Gələcəyimə məktub” fəaliyyəti zamanı iştirakçılar bir il sonra nail olmaq istədikləri hədəfləri və bu məqsədlərə çatmaq üçün atacaqları addımları yazaraq gələcək planlarını müəyyənləşdiriblər.

Tədbirin sonunda fəallığı ilə seçilən iştirakçılar mükafatlandırılıblar və onlara hədiyyələr təqdim olunub.

Əvvəlki Yazı

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır

Növbəti Yazı

Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlıq edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.