Avqust 11, 2026-4:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir

2026:08:10 - 16:44
in SOSİAL
A A

Yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumtəhsil müəssisələrində fəaliyyət göstərmək istəyən müəllimlərin seçimi üzrə müsahibələr davam edir.

Bu barədə AZƏRTAC-a Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə müsahibələrə yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumtəhsil müəssisələrində çalışan müəllimlər SMS vasitəsilə dəvət olunurlar.

Hazırda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, ingilis dili, fizika, kimya, biologiya və informatika fənləri üzrə müəllimlərin müsahibələri keçirilir. Müsahibələr zamanı namizədlərin peşəkar bilik və bacarıqları, pedaqoji fəaliyyət göstəriciləri, eləcə də tədrisin keyfiyyətinə təsir edən digər meyarlar üzrə səriştələri müvafiq komissiyalar tərəfindən qiymətləndirilir.

Müsahibə mərhələsini uğurla başa vuran müəllimlərə nəticə barədə SMS vasitəsilə məlumat veriləcək.

Qeyd edək ki, BŞTİ tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X-XI siniflərində tətbiq edilən yeni təmayül tədris modeli üzrə şagird və müəllimlərin qeydiyyatı da davam edir. İndiyədək qabaqcıl pedaqoji təcrübəyə malik 5 mindən çox müəllim müsahibə mərhələsində iştirak etmək üçün müraciət edib.

Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsi, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkili, eləcə də onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsi məqsədi daşıyır.

Əvvəlki Yazı

Vaşinqton razılaşması Azərbaycanın regionda yaratdığı yeni siyasi və iqtisadi reallıqları əks etdirdi

Növbəti Yazı

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.