Yeddi NATO ölkəsinin və Ukraynanın nümayəndələri 27 avqustda Kişinyovda Moldovanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə keçiriləcək hərbi paradda iştirak edəcəklər. Bu barədə Moldovanın müdafiə naziri Anatoli Nosatyi məlumat verib.
Nosatyi Müdafiə Nazirliyinin saytında dərc olunmuş videomüraciətdə bildirib ki, “27 avqustda keçiriləcək paradda 2000-dən çox iştirakçı olacaq. Rumıniya, Ukrayna, Litva, İtaliya, Polşa, Fransa, Çexiya və Amerika Birləşmiş Ştatları öz bayraq bölmələrini Kişinyova göndərəcəklər. Xarici bayraq bölmələri ilə yanaşı, Milli Ordu, Daxili İşlər Nazirliyi, İnformasiya və Təhlükəsizlik Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin bölmələri də iştirak edəcək”.
Nazir qeyd edib ki, paradda artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri və hərbi nəqliyyat da daxil olmaqla 100-dən çox hərbi texnika iştirak edəcək. Parad Moldovada 30 iyulda elan edilmiş enerji sektorunda yüksək hazırlıq vəziyyəti fonunda keçiriləcək və bu zaman hakimiyyət orqanları əhalini enerjiyə qənaət etməyə çağırıb. (Tass)
