Avqust 11, 2026-23:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gənclər Kitabxanasında Xalq şairi Qabilin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb

2026:08:11 - 15:04
in MƏDƏNİYYƏT
A A

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq şairi Qabilin anadan olmasının 100 illiyinə həsr edilən “Qabil yaradıcılığına bir baxış” adlı metodiki vəsait hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsait Xalq şairi Qabilin həyat və yaradıcılığının geniş oxucu kütləsinə, xüsusilə gənclərə daha ətraflı tanıdılması, şairin ədəbi irsinin öyrənilməsi və təbliği məqsədilə hazırlanıb.

Vəsait kitabxana əməkdaşları, müəllimlər, tələbələr, tədqiqatçılar və ədəbiyyatla maraqlanan oxucular üçün Qabil yaradıcılığı ilə bağlı tədbirlərin, sərgilərin, ədəbi-bədii gecələrin və digər maarifləndirici layihələrin hazırlanmasında faydalı mənbə kimi nəzərdə tutulub.

Metodiki vəsaitdə Qabilin həyat və yaradıcılıq yolu, Azərbaycan ədəbiyyatındakı mövqeyi, poetik irsi və yaradıcılığının əsas istiqamətləri haqqında məlumatlar təqdim olunub. Vəsaitdə Xalq yazıçısı Elçinin “Qabilin şəxsiyyəti və yaradıcılığı haqqında bir-iki söz”, akademik Rafael Hüseynovun “Əvəzsiz şairin əvəz etdiyi misra və dəyişməsi çətin olan həqiqətlər”, ədəbiyyatşünas Vaqif Yusiflinin “Unudulmaz Qabilimiz” məqalələrinin tam mətni əks olunub.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan vəsaitdə Qabilin əsərlərinin təbliği və oxuculara çatdırılması istiqamətində kitabxanalarda keçirilə biləcək tədbirlərə dair metodiki tövsiyələrə yer verilib. Ədəbi gecələr, kitab sərgiləri, müzakirələr və digər mədəni-maarif tədbirlərinin təşkili, elektron məlumat bazalarının hazırlanması istiqamətində təklif və tövsiyələr təqdim edilib.

Xalq şairi Qabilin 100 illik yubileyi münasibətilə hazırlanan metodiki vəsait kitabxananın rəsmi saytında yerləşdirilib.

Əvvəlki Yazı

Ukrayna valideynlərin məktəb söhbətlərində rus dilindən istifadəsini qadağan etmək istəyir

Növbəti Yazı

Türkiyə-Azərbaycan Universiteti – iki ölkə, bir universitet, sonsuz imkanlar 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.