Amerikanın qeyri-hökumət təşkilatı Human Rights Watch ABŞ Konqresini Türkiyənin Kiyev hakimiyyətinə on minlərlə raket və kasetli sursat təhvil vermək tələbini bloklamağa çağırıb. Bu barədə təşkilatın saytında dərc olunmuş bəyanatda bildirilib.
Təşkilatın Vaşinqton ofisinin direktor müavini Nikol Vidderşaym bildirib ki, “Köhnəlmiş kaset sursatlarının münaqişə zonalarına buraxılması mülki şəxslər üçün humanitar məsuliyyət yaradır. Bu 30 illik, qeyri-dəqiq və etibarsız sursatların təsiri 112 ölkəni Kasset Sursatları üzrə Konvensiyaya qoşulmaqla bu silahları qadağan etməyə sövq edib”.
Vidderşaym qeyd edib ki, bu tip kaset sursatları “hədəflərini görməməsi və mülki şəxslərə zərər verməsi ilə məşhurdur”. “Onlardan heç vaxt istifadə edilməməlidir. Konqres bu qısagörən və təhlükəli transferin qarşısını almaq üçün dərhal hərəkətə keçməlidir”, – deyə o əlavə edib. (Tass)
