Teleqraf xəbər verir ki, bununla bağlı imzalanan müvafiq əmrə əsasən, bu vəzifəyə Orxan Rəhimov gətirilib.
O.Rəhimov 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və xidmət sahələrinin iqtisadiyyatı / Mühəndis iqtisadiyyatı fakültəsinə daxil olub, 2010-cu ildə bakalavr, 2014-cü ildə isə həmin universitetin Biznesin idarə edilməsi fakültəsində magistr təhsilini tamamlayıb.
Peşə təhsili sahəsində zəngin təcrübəyə malik olan O.Rəhimov 2018–2024-cü illərdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində direktor müavini, 2024-cü ildən etibarən isə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Müəssisəsinin direktoru vəzifəsində fəaliyyət göstərib.
