Misir hazırda Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə tərəfindən imzalanan Məkkə Paktına qoşulma imkanlarını araşdırır. Bu barədə Misirin xarici işlər naziri Bədr Əbdül Ata məlumat verib.
“Bu məsələ ilə bağlı (müqaviləyə qoşulmaqla bağlı ) fikirlərimiz var, amma əvvəlcə məsələni müxtəlif aspektlərdən, o cümlədən hüquqi və texniki aspektlərdən nəzərdən keçirməliyik”, – deyə Əbdül Ati Misirin Əl-Ələmeyn şəhərində türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında vurğulayıb. Veriliş ” Əl-Qahira Əl-İxbariya” televiziya kanalı tərəfindən yayımlanıb.
Eyni zamanda, Misir Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Qahirə müdafiə sazişində “iştirak edən bütün ölkələrlə sıx əlaqədədir və daimi koordinasiyadadır”. (Tass)
