Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na və “Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanunun tətbiqi barədə Fərmana dəyişiklik edilib.
Dəyişikliyə əsasən, xarici ticarət əməliyyatlarının tənzimlənməsi və gömrük işi sahəsində aidiyyəti normativ hüquqi aktların icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsində Kənd Təsərrüfatı Nazirliyi də səlahiyyətli qurumlar sırasına daxil edilib.
