Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə Suriyaya səfər etməyi planlaşdırır. O, bu barədə Qətərin “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə bildirib.
“Mən qarşıdakı dövrdə Suriyaya səfər edəcəyəm”, – deyə Türkiyə lideri bildirib. Ərdoğan planlaşdırılan səfərinin məqsədini açıqlamayıb.
O, Ankaranın qonşusuna hərtərəfli dəstək vermək niyyətində olduğunu vurğuladı. “Suriya tək qalmayacaq; onun sabitliyini qorumaq üçün əlimizdən gələni edəcəyik”, – deyə Ərdoğan qeyd edib. (Tass)
