“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, yanvar-iyun aylarında Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 261,8 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 2 milyon 623,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 4 milyon 559,3 min ton, Şərq-Qərb nəqliyyat dəhlizi ilə 9 milyon 207,4 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 4 milyon 595 min ton təşkil edib.
6 ay ərzində dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,6 %-ni, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 46,5 %-ni tranzit yüklər təşkil edib.
