İyun 15, 2025-21:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin xalis mənfəəti 13 % artıb

2023:12:01 - 12:53
in GÜNDƏM, İQTİSADİYYAT
A A

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2022-ci ili 26,739 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 13,1 % çoxdur.

Ötən il “Azərpambığ”ın vergiyəqədərki mənfəəti 28,462 milyon manat (əvvəlk ilə nisbətən 4,7 % az), mənfəət vergisi ödəmələri isə 1,723 milyon manat (3,6 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərpambığ”ın aktivləri 228,092 milyon manat olub ki, bu da illik müqayisədə 11,2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 5,5 % azalaraq 45,831 milyon manata, balans kapitalı isə 16,4 % artaraq 182,261 milyon manata çatıb.

Xatırladaq ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 132,476 milyon manatdır. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Onun tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir.

Əvvəlki Yazı

Tərtərdə xeyli sayda sursat aşkarlanıb

Növbəti Yazı

Bakıda VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsi keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.