ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, elit hərbi bölmə) rəhbərliyi ilə qeyri-rəsmi kanallar vasitəsilə əlaqə saxlayır. O, bu açıqlamanı Fox News-a verdiyi müsahibədə verib.
Daha əvvəl Amerikanın “Axios” portalı mənbələrə istinadən Ağ Evlə İİKK rəhbərliyi arasında qeyri-rəsmi rabitə kanalları barədə məlumat vermişdir. (Tass)
