Vladimir Zelenski rəsmi olaraq Ukraynanın müdafiə naziri vəzifəsinə Yevgeni Xmaranın və xarici işlər naziri vəzifəsinə Andrey Sibihanın təyin edilməsi ilə bağlı Ali Radaya müraciət edib. Bu barədə Rada üzvü İrina Geraşenko məlumat verib.
O, Telegram kanalında yazıb: “Zelenski Ali Radaya müvafiq olaraq müdafiə və xarici işlər nazirləri – Xmara və Sibiha vəzifələri üçün təkliflər təqdim edib”.
Onun sözlərinə görə, avqustun 18-də namizədlərin fraksiyalarla görüşü planlaşdırılır və avqustun 19-da onların təyinatı məsələsinə əvvəlcə müvafiq komitələr tərəfindən baxılacaq, daha sonra parlament zalında səsvermə keçiriləcək.
