Avqust 20, 2026-6:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib

2026:08:19 - 16:09
in MƏDƏNİYYƏT
A A

Macarıstanın “Turan” Fondunun təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə Macarıstanın Buqaç şəhərində IX Böyük Hun-Türk Qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, Qurultayın açılış mərasimində TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev, Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Budapeştdəki diplomatik korpusun təmsilçiləri və Türk dünyasından incəsənət nümayəndələri, elm adamları və folklor biliciləri iştirak ediblər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə tədbirdə ölkəmizi “Qorqud” folklor ansamblı təmsil edib. Ansamblın bədii rəhbəri Əməkdar artist Nuriyyə Hüseynova, solist Çilənay Hüseynova bəstəkar və xalq mahnılarımızı səsləndiriblər. Onları Əməkdar artistlər Təranə Əliyeva (qanun), Fəzilə Rəhimova (çəng), eləcə də Rüstəm Müslümov (tar), Ceyhun Muradov (kamança) və Əkbər Məmmədov (nağara) müşayiət ediblər.

Üç gün davam edən etnofestival çərçivəsində konsert proqramları, süvari paradları, köçəri həyat və qədim döyüş sənəti ilə bağlı təqdimatlar, əl sənətləri sərgiləri, həmçinin arxeologiya və antropologiya sahələri üzrə elmi toplantılar təşkil olunub.

Qeyd edək ki, iki ildən bir keçirilən Böyük Hun-Türk Qurultayı türk xalqları və onların diaspor təşkilatları arasındakı birliyin daha da möhkəmləndirilməsi məqsədi daşıyır.

Əvvəlki Yazı

Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb

Növbəti Yazı

Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.