Avqust 20, 2026-8:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Son 2 ildə Xaçmazda min hektaradək intensiv şaftalı bağı salınıb

2026:08:19 - 16:27
in İQTİSADİYYAT
A A

Xaçmaz rayonunda müasir bağçılığın inkişafına maraq artıb. Belə ki, 2025–2026-cı illərdə Xaçmazda salınan 1093 hektar yeni şaftalı bağından 966,3 hektarı intensiv üsulla becərilir. Yeni bağların cəmi 126,7 hektarı ənənəvi qaydada salınıb.

Xaçmaz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayon üzrə şaftalı bağlarının ümumi sahəsi 4114 hektar təşkil edir. Bunun 2251 hektarı intensiv, 1863 hektarı isə ənənəvi üsulla salınmış bağlardır.

Xaçmaz rayonunda yetişdirilən şaftalı yüksək keyfiyyəti və dadı ilə seçilir. Yerli bazarda böyük tələbat görən məhsulun bir hissəsi ölkənin müxtəlif bölgələrinə göndərilir, əsas hissəsi isə ixrac olunaraq Rusiya Federasiyasının ayrı-ayrı şəhərlərində satışa çıxarılır.

Tətbiq olunan müasir becərmə üsulları məhsuldarlığın artmasına da imkan yaradır. Ənənəvi şaftalı bağlarında hər hektardan orta hesabla 20–25 ton məhsul götürüldüyü halda, intensiv bağlarda bu göstərici 30–35 tona, superintensiv bağlarda isə 40–45 tona çatır.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri Qusarçay kəndində yerləşən şaftalı bağlarına baxış keçiriblər.

Elnur Rzayev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəflərindən danışıb. O, meyvəçilik sahəsinin aqrar sektorun mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək bu sahədə intensiv istehsalın genişləndirilməsinin, müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Dövlət Proqramında meyvəçilik təsərrüfatlarının inkişaf etdirilməsi, istehsalın səmərəliliyinin və məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və sahənin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində mühüm hədəflər müəyyənləşdirilib.

İcra başçısı təsərrüfatçıların fəaliyyəti, məhsul istehsalı, yığımın gedişi və satış imkanları ilə maraqlanıb. Söhbət zamanı aqrar sahənin inkişafı, müasir təsərrüfatların yaradılması və fermerlərə göstərilən dövlət dəstəyi barədə ətraflı məlumat verilib.

Bildirilib ki, 2025–2026-cı illərdə rayon ərazisində salınan müxtəlif növ yeni bağların ümumi sahəsi isə 2 min 53 hektar olub. Onların 1908 hektarını intensiv, 9,5 hektarını superintensiv, 135 hektarını isə ənənəvi bağlar təşkil edir.

Təsərrüfat sahibləri fermerlər üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Əvvəlki Yazı

Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb

Növbəti Yazı

Nazirlik: Naxçıvan Sənaye Parkında sahibkarlara geniş güzəşt və dəstək mexanizmləri tətbiq olunacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.