Avqust 20, 2026-23:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

2026:08:20 - 10:12
in MƏDƏNİYYƏT
A A

Türkiyənin Yalova şəhərində XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başlayıb.

AZƏRTAC xəbər verir ki, “Qafqazda və bütün dünyada sülh naminə” şüarı altında təşkil olunan tədbirdə Azərbaycan “Suvar” Ləzgi Xalq Mahnı və Rəqs Ansamblı tərəfindən təmsil olunur.

Festivalda Azərbaycanla yanaşı, Adıge, Dağıstan, Gürcüstan, Kabarda Balkariya və Şimali Osetiyadan, ümumilikdə, 350-dən çox sənətçi iştirak edir.

Tədbirin əsas məqsədi Qafqaz xalqlarının zəngin mədəni irsinin qorunması, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdir.

Festivalın avqustun 19-da təşkil edilən açılış mərasimində “Suvar” Ləzgi Xalq Mahnı və Rəqs Ansamblı rəngarəng musiqi və rəqs proqramı ilə çıxış edib. Konsertdə “Odlar yurdu” rəqsi və müğənni Elvina Heydərovanın ifasında “Şirindil“ mahnısı təqdim olunub.

Ansamblın festival repertuarına “Şadvilin suvar” („Bayram sevinci“), “Görüş”, “Çəmənlik”, “Naz eləmə”, “İrs” və “Ləzginka avazı” rəqsləri, həmçinin Cəvahir Abdulovanın ifasında “Kanidi” („Sevdiyim“), “Sarı gəlin”, “Azərbaycan”, Elvina Heydərovanın təqdimatında isə “Perizada”, “Qara dəniz” və “İyerval” (Gözəllik”) mahnıları daxildir.

Təmsilçilərimiz avqustun 20-də Türkiyənin Balıkesir vilayətində konsert proqramı ilə tamaşaçıların qarşısına çıxacaq, avqustun 21-də keçiriləcək Qala konsertində geniş proqramla çıxış edəcəklər.

Əvvəlki Yazı

Müxtəliflik: ABŞ Ordusu müqavilə yeniləmələri üçün GTA VI-ya tətil təklif edir.

Növbəti Yazı

Rza Bayramov: Azərbaycan professional dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.