Corciya ştatının Fort Stüart şəhərində yerləşən ABŞ Ordusunun piyada diviziyası əsgərlərə minimum iki illik müqavilə uzadıldıqdan sonra GTA VI oyununu oynamaq üçün dörd günlük məzuniyyət təklif edir. Bu barədə Variety jurnalı məlumat yayıb.
Məlumata görə, əsgərlər müqavilələrini 1 avqust – 14 noyabr tarixləri arasında yeniləməlidirlər. 3-cü Piyada Diviziyasının sözçüsü podpolkovnik Angel Tomko jurnala bildirib ki, mühəndis batalyonundakı 130 əsgərdən 20-si məzuniyyət təklifi sayəsində müqavilələrini uzadıb.
O əlavə etdi ki, bu ideya batalyonun karyera məsləhətçisindən gəlib və o, 2027-ci maliyyə ili üçün müqavilələrin uzadılması planlarına nail olmaq üçün “rəhbərliyə yenilənmiş yaradıcı təşviq proqramı təklifi ilə müraciət edib”.
GTA seriyasının beşinci hissəsi 12 il əvvəl buraxılıb və Minecraft-dan (300 milyondan çox) sonra dünyada ikinci ən çox satılan video oyundur (185 milyondan çox nüsxə). Altıncı hissənin premyerası 19 noyabr 2026-cı ildə olacaq. Analitiklərin fikrincə, bu, istehsal üçün ən bahalı oyun olacaq. (Tass)
