BelTA xəbər agentliyinin məlumatına görə, Myanma İttifaqı Respublikasının prezidenti Min Aunq Hlainq Minskdə Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.
Dövlət başçıları səviyyəsində əsas danışıqlar proqramı avqustun 21-nə planlaşdırılıb. Prezidentlər ikitərəfli əməkdaşlığın vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcəklər. Bu əməkdaşlığın əsas istiqamətləri 2026-2028-ci illər üçün yol xəritəsində göstərilib.
Agentlik qeyd edir ki, əsas diqqət sənaye, kənd təsərrüfatı, əczaçılıq, elm və təhsil sahələrində əməkdaşlığa yönəlib. Dövlət başçıları əvvəllər müəyyən edilmiş planların praktiki həyata keçirilməsini sürətləndirmək üçün konkret addımları, eləcə də yeni qarşılıqlı faydalı layihələri nəzərdən keçirəcəklər. Həmçinin Minsk və Naypyitau arasında beynəlxalq platformalarda əməkdaşlığa da diqqət yetiriləcək.
Min Aung Hlaingin Minskə gəlişi avqustun 20-si səhərə planlaşdırılıb. (Tass)
