Avqust 20, 2026-18:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” – VAŞİNQTONDA KONFRANS

2026:08:20 - 10:36
in SİYASƏT
A A

Vaşinqtonda Corc Vaşinqton Universitetində “Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” mövzusunda konfrans keçirilib. Tədbir ABŞ-Azərbaycan Akademiklər Şəbəkəsi (ANA) tərəfindən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edib. Komitə sədri xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb, Azərbaycan dilinin və milli kimliyin qorunmasına yönəlmiş layihələr, Azərbaycan evlərinin fəaliyyəti, diaspor təşkilatları və gənclər üçün təşkil olunan yay düşərgələri barədə məlumat verib.

Fuad Muradov akademik dairələrin Azərbaycan haqqında etibarlı və obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını vurğulayıb. O, xaricdə fəaliyyət göstərən azərbaycanlı alim və mütəxəssislərin bu istiqamətdə fəaliyyətinin əhəmiyyətini qeyd edib, həmçinin Corc Vaşinqton Universitetinin Azərbaycan universitetləri ilə əməkdaşlığını yüksək qiymətləndirib.

Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin qlobal təşəbbüslər üzrə dekan köməkçisi Sevinc Məmmədova açılışda çıxış edərək ölkələr arasında əlaqələrin müxtəlif aspektlərinin akademik dairələrdə müzakirəsinin əhəmiyyətindən danışıb.

Daha sonra keçirilən panel müzakirəsində Fuad Muradov, Corc Vaşinqton Universitetinin professoru Can Korman, Təhsil və İnsan İnkişafı Məktəbinin dekan əvəzi Lionel Hovard, qlobal təşəbbüslər üzrə dekan köməkçisi Sevinc Məmmədova, Corc Meyson Universitetinin siyasi elmlər üzrə tədqiqatçısı Əli Məmmədov və idman menecmenti üzrə mütəxəssis Mett Vinkler çıxış ediblər.

Paneldə Azərbaycanla ABŞ arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında uzunmüddətli tərəfdaşlıqların qurulması, birgə təhsil və tədqiqat proqramlarının inkişafı, insan kapitalına investisiya və bilik mübadiləsi məsələləri müzakirə olunub.

Çıxışçılar uğurlu beynəlxalq akademik əməkdaşlığın qarşılıqlı maraqlara və konkret nəticələrə əsaslanmasının vacibliyini vurğulayıblar. Azərbaycan universitetləri ilə ABŞ ali təhsil müəssisələri arasında mövcud əməkdaşlıq nümunələrinə, o cümlədən ADA Universiteti ilə Corc Vaşinqton Universiteti arasında kompüter elmləri, data analitikası, elektrik və kompüter mühəndisliyi sahələrində həyata keçirilən proqramlara toxunulub. Azərbaycanın təhsil, elm və texnologiyanın inkişafına, xüsusilə insan kapitalının gücləndirilməsinə verdiyi önəm qeyd edilib.

Müzakirələrdə, həmçinin akademik və şəxsi əlaqələrin uzunmüddətli institusional tərəfdaşlıqların yaranmasındakı rolu, müxtəlif ölkələrin təhsil və tədqiqat təcrübələrinin bölüşdürülməsinin əhəmiyyəti, eləcə də akademik diplomatiyanın ölkələr və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsi diqqətə çatdırılıb.

Panel müzakirəsinin sonunda sual-cavab sessiyası keçirilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Əvvəlki Yazı

Myanma prezidenti Minskdə Lukaşenko ilə danışıqlar aparacaq

Növbəti Yazı

Politico: Trampın siyasəti ABŞ-ın Asiyadakı müttəfiqlərini özünə güvənməyə inandırır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.