Türkiyə və Suriya İsrailin İdlibdəki Əbu Duhur hərbi aerodromuna hücumundan sonra yeni hərbi əməkdaşlıq müqaviləsi imzalaya bilərlər. ” Türkiye” qəzetinin məlumatına görə, sənəddə həmçinin Təl-Əvivdən gələn potensial təhdidlərə cavab vermək üçün protokolların yenilənməsi təklif olunur.
Suriya TV əvvəllər İsrail Hərbi Hava Qüvvələrinin 18 avqustda İdlibdəki Əbu Duhur hərbi aerodromuna hücum etdiyini bildirmişdi . ABŞ Prezidentinin Suriya və İraq üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Türkiyədəki səfiri Tom Barak I24-ə
hava hücumu kəskin eskalasiyaya, hətta İsrail ilə Türkiyə arasında birbaşa hərbi münaqişəyə səbəb ola bilərdi. O, İsrail, Suriya və Türkiyə arasında münaqişələrin qarşısını almaq üçün mexanizmin yaradılması üzərində işlərin aparıldığını açıqlayıb.
Türkiyənin məlumatına görə, Ankara İsrail təhdidlərinə qarşı qabaqlayıcı tədbirlər olaraq Türkiyənin AWACS təyyarələri və Hərbi Hava Qüvvələri qırıcı təyyarələri ilə birgə təlimlər və sərhəd bölgələrində davamlı patrul xidməti təklif edib. Qəzet həmçinin orta müddətli tədbir olaraq Suriya hava məkanını hərbi uçuşlara bağlamağı təklif edir. (Tass)
